Mərkəzi Asiya diqqətini Xəzərlə yükdaşımaların artırılmasına yönəldib

Mərkəzi Asiya diqqətini Xəzərlə yükdaşımaların artırılmasına yönəldib
# 12 may 2022 14:57 (UTC +04:00)

Bu ilin 16-22 may tarixlərində Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) keçiriləcək.

TRACECA-dan (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru) "APA-Economics"ə verilən məlumata görə, Aktau (Qazaxıstan), Bakı (Azərbaycan), Tbilisi və Batumi (Gürcüstan) şəhərlərini əhatə edəcək səfərdə Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyəti iştirak edəcək. Bu tədbir USAID-in Mərkəzi Asiyada ticarət ilə bağlı layihəsinin dəstəyi və Qazaxıstan Nəqliyyat İşçiləri İttifaqı (“KazLogistics”) ilə sıx əməkdaşlıq şəraitində keçiriləcək.

“Son zamanlar Mərkəzi Asiya hökumətləri diqqətini Xəzər dənizi vasitəsilə yükdaşımalarının artırılmasına yönəldirlər, çünki daşıyıcılar öz mallarını əvvəllər istifadə olunmuş tranzit marşrutlarından keçirərkən artan problemlərlə üzləşirlər”, - məlumatda qeyd olunur.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistanın gömrük və nəqliyyat siyasəti orqanlarının 40-dan çox nümayəndəsi, həmçinin Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının üzvləri Xəzər dənizinin Ələt, Kurık limanlarına və Qara dənizdəki Batumi limanına səfər edəcəklər.

Təlim turu çərçivəsində Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri ilə bağlı tədbirin keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR