Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb
# 23 aprel 2022 13:41 (UTC +04:00)

Bakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Metropolitendən "APA-Economics"ə verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb. Daha sonra qatar xəttdən çıxarılıb. Yaranan vəziyyətlə bağlı xəttə 12 dəqiqəyə yaxın yubanma yaranıb.

Bakı Metropolitendən bildirilib ki, ümumilikdə qatarlararası interval qorunub saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR