Bakı metropolitenində növbəti dəfə musiqili fləşmob keçirilib. “Havana Music Band” musiqi qrupunun təşəbbüsü ilə təşkil olunmuş səyyar aksiya Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü günündə keçirilməsi ilə əlamətdar olub.
Bakı metropolitenindən APA-ya verilən məlumata görə, aksiyanın təşkilində məqsəd gənclərin daha çox üstünlük verdiyi janrlarda səsləndirilən musiqi parçaları ilə metropolitendən istifadə edən sərnişinlərə xoş anlar yaşatmaq, onların bayram ovqatını daha da yüksəltmək idi.
Canlı layihə “28 May” stansiyasının platformasının orta zalında başlanıb. Əvvəlcədən planlaşdırılmış və qurulmuş səhnədə deyil, məhz səyyar ifa proqramın maraqla qarşılanmasına səbəb olub. Qatarlarda və stansiyalarda davam etdirilən fləşmob sərnişinlərə sürprizli anlar bəxş edib.
Musiqiçilərin ifasında Nəbi Xəzrinin sözlərinə Müslüm Maqomayevin bəstələyərək ifa etdiyi əfsanəvi “Azərbaycan” mahnısının sədaları böyük maraqla qarşılanıb. Vətənpərvərlik ruhunu aşılayan sevimli musiqi parçaları, şən və oynaq ritmli ifa tərzi sərnişinlərin əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Konsert proqramına günün ruhuna uyğun Azərbaycan, eləcə də müasir dünya musiqisi janrlarından ibarət parçalar daxil edilib.
Musiqi dəqiqələri Azərbaycan hərb salnaməsinin şanlı tarixinin tərənnümü olan "8 Noyabr" stansiyasında başa çatdırılıb.
Metropolitendə musiqili fləşmob keçirilib - “28 May”dan “8 Noyabr”a qədər - FOTO
26 iyun 2022 16:33 (UTC +04:00)
İnfrastruktur
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb
17:37
23 aprel 2024
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
15:51
23 aprel 2024
Qüdrət Həsənquliyev: Qaradağda dənizdəki yarımçıq tikinti orada göz dağı kimi qalır
12:20
23 aprel 2024
Heydər Əliyev Beynəlxalq Aeroportu 10 il ərzində 36 mln. çox sərnişinə xidmət göstərib
11:00
23 aprel 2024