Mexaniki qaz sayğaclarına əlavə qurğular quraşdırılacaq

Mexaniki qaz sayğaclarına əlavə qurğular quraşdırılacaq
# 09 sentyabr 2022 12:24 (UTC +04:00)

Mexaniki, yəni sonradan ödənişli qaz sayğaclarına əlavə olaraq özəl qurğular quraşdırılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin 104 çağrı mərkəzinin rəhbəri Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qurğular vasitəsilə abunəçilərdə sayğaclarla bağlı yaranan problemləri məsafədən həll etmək mümkün olacaq.
“Əslində öncədən ödənişli sayğaclardan mexaniki dediyimiz sonradan ödənişli sayğaclara keçidin bir səbəbi var. Bunu inkişaf kimi qiymətləndirmək olar, çünki həmin o sayğaclara biz “ağıllı sayğaclar” deyə biləcəyik. Belə ki, onlara özəl qurğular quraşdırılacaq ki, bu da sayğacların göstəricilərini məsafədən oxumağa və yaxud sayğacla bağlı yaranan hər hansı problemi məsafədən həll etməyə imkan yaradacaq”, - deyə Xalidə Şimşək qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR