MİDA-nın onlayn satış sistemində problem yaranıb, mənzil satışı təxirə salınıb

MİDA-nın onlayn satış sistemində problem yaranıb, mənzil satışı təxirə salınıb
# 15 sentyabr 2022 11:19 (UTC +04:00)

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemində problem yaranıb.

"APA-Economics" xəbər verir ki, Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub.

"ASAN Login sistemində yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı müvəqqəti təxirə salınıb. Satış yenidən təşkil olunacaq. Hələlik, tarix bəlli deyil", - o əlavə edib.

Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR