Mikroçip qıtlığına görə bu il dünyada 10 mln. az avtomobil istehsal edilib

Mikroçip qıtlığına görə bu il dünyada 10 mln. az avtomobil istehsal edilib
# 27 dekabr 2021 17:05 (UTC +04:00)

Dünyadakı mikroçip çatışmazlığı və təchizat zəncirindəki problemlər bu il planlaşdırılandan 9,6 mln. az avtomobil istehsalı ilə nəticələnib.

Bu barədə "APA-Economics" "LMC Automotive" analitik şirkətinin araşdırmasına istinadən xəbər verir.

Tədqiqatda qeyd edildiyi kimi, yarımkeçiricilərin çatışmazlığından ən çox Avropa istehsalçıları əziyyət çəkəcək. Belə ki, regionda avtomobil istehsalı ilin sonunda planlaşdırılan həcmdən 3 mln. avtomobil az olacağı proqnozlaşdırılır.

"LMC Automotive"in proqnozu sentyabr ayında mikroçip çatışmazlığının ilin sonuna qədər 10,6 mln. avtomobil itkisi ilə nəticələnəcəyini proqnozlaşdıran "IHS Markit"dən daha əlverişlidir.

Buna baxmayaraq, LMC avtomobil istehsalçıları üçün vəziyyətin 2022-ci ilin ikinci yarısına qədər əhəmiyyətli dərəcədə yaxşılaşmayacağını və bazarda yarımkeçirici çatışmazlığının 2023-cü ilə qədər qalacağını ehtimal edir. Ümumilikdə, LMC bu il 84,9 mln. minik avtomobilinin istehsal ediləcəyini proqnozlaşdırır ki, bu da 2020-ci illə müqayisədə 12% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR