Milli Sertifikat Xidmətləri Mərkəzi ikinci dəfə auditdən keçəcək

Milli Sertifikat Xidmətləri Mərkəzi ikinci dəfə auditdən keçəcək
# 05 iyul 2019 13:00 (UTC +04:00)

Milli Sertifikat Xidmətləri Mərkəzində təhlükəsizlik sertifikatlarının (SSL) verilməsi üçün yaxın vaxtlarda ikinci dəfə audit aparılacaq. Bunu “APA-Economics”ə Mərkəzindən deyiblər.

Bildirilib ki, auditin birinci mərhələsində təhlükəsizliklə bağlı müəyyən suallar ortaya çıxıb ki, onlar artıq aradan qaldırılıb.

“Mərkəzə təqdim olunan bütün tələblər, demək olar ki, 90% yerinə yetirilib. İkinci audit zamanı görülən işlər bir daha yoxlanılacaq”, - deyə Mərkəzdən əlavə ediblər.

Qeyd edək ki, Mərkəz “WebTrust Program for Certification Authorities” proqramı üzrə auditdən keçir. Layihə kommersiya xarakteri daşıyır və SSL sertifikatlarının verilməsi bəzi hallar istisna olmaqla pullu olacaq. SSL sertifikatları ən çox elektron ticarət platformalarında və müştərilər tərəfindən şəxsi məlumatlar daxil edilən saytlarda istifadə olunur. Məlumatların brauzerdən serverə ötürülməsi zamanı ələ keçirilməsinin qarşısını almaq üçün məlumatları şifrləyən xüsusi HTTPS protokol istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR