Mingəçevir və Taxtakörpü su anbarlarının təhlükə səviyyəsi qiymətləndiriləcək

Mingəçevir və Taxtakörpü su anbarlarının təhlükə səviyyəsi qiymətləndiriləcək
  • Clock-gray 17:03
  • calendar-gray 18 Oktyabr 2019

Mingəçevir və Taxtakörpü su anbarlarında təhlükə səviyyəsinin qiymətləndirilməsi işləri aparılacaq və bu məsələ artıq ölkə hökumətinin diqqəti mərkəzindədir.

Bunu “APA-Economics”ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) deyiblər.

Mərkəzdən bildirilib ki, söhbət seysmik tədqiqatların aparılmasından gedir. Layihəyə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar cəlb olunub.

“Gələn həftə layihənin icrası ilə bağlı görüş təşkil olunacaq. Layihənin icrasına maliyyə resursların ayrılmasından sonra başlanacaq”, - deyə Mərkəzdən qeyd ediblər. 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date