Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyənləşəcək

Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyənləşəcək
# 28 yanvar 2023 12:42 (UTC +04:00)

Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi pozuntuları üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər müəyyənləşəcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR