Monteneqro Azərbaycan şirkətlərini aeroportların idarəetməsi ilə bağlı tenderdə iştirak etməyə dəvət edib

Monteneqro Azərbaycan şirkətlərini aeroportların idarəetməsi ilə bağlı tenderdə iştirak etməyə dəvət edib
# 25 iyun 2019 16:28 (UTC +04:00)

Monteneqro iki hava limanlarının idarə edilməsi və investisiya qoyuluşu ilə bağlı beynəlxalq tender elan edəcək. "APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Monteneqro tərəfindən Azərbaycana müraciət daxil olub ki, bu barədə məlumat maraqlı olan yerli şirkətlərə çatdırılsın.

"Biz qərara aldıq ki, hər iki ölkədə olan investisiya layihələri, investisiya təkliflərinə dair bütün məlumatları biz bölüşək. Yəni, həm Monteneqroda Azərbaycanın investisiya imkanları, eyni zamanda əksinə, Azərbaycanda Monteneqro investisiya imkanlarına dair geniş maarifləndirmə kampaniyası aparaq. Bu, imkan verəcək ki, hər iki tərəfdən şirkətlər öz maraqlarına uyğun olaraq sözügedən layihələrdə iştirak etsinlər", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR