Moskvada Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olunub

Moskvada Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olunub
# 02 iyun 2023 23:43 (UTC +04:00)

Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclasında Azərbaycanla Ermənistan arasında ümumi anlaşma əldə olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun üçtərəfli işçi qrupun 12-ci iclasının yekunları ilə bağlı mətbuata açıqlamasında bildirilib.

Qeyd olunub ki, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

O da bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR