Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait xərclənəcək

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait xərclənəcək
# 24 avqust 2022 17:50 (UTC +04:00)

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub.

APA-Economics” xəbər verir ki, tenderin qalibi Parlaq-N MMC seçilib.

Şirkətlə bağlanan müqavilənin dəyəri 2 milyon 501,6 min manat təşkil edib. Qeyd edək ki, Parlaq-N MMC müqavilə üzrə təmir tikinti işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR