“myGov” elektron hökumət portalının mobil əlavəsi hazırlanır

“myGov” elektron hökumət portalının mobil əlavəsi hazırlanır
# 28 avqust 2019 15:05 (UTC +04:00)

Elektron Hökumətin İnkişafı Mərkəzi “myGov” (my.gov.az) elektron hökumət portalının mobil əlavəsini hazırlayır.

Bunu “APA-Economics”ə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, hazırda portalın beta versiyası üzərində aparılan işlər yekunlaşmaq üzrədir.

“Mobil əlavəyə portalda olan bütün xidmətlər inteqrasiya olunacaq. İşlər detallı aparıldığı üçün, indiki mərhələdə nə zaman yekunlaşacağı barədə demək çətindir”, - deyə F.Cəfərov bildirib.

Qeyd edək ki, portalın beta versiyası ilkin mərhələdə testdən keçirilir. Beta versiyanın tətbiqinin məqsədi əsas versiyanı vətəndaşlara daha təkmil formada təqdim edə bilməkdən ibarətdir. Hazırda portalda 19 xidmət mövcuddur ki, onlardan 3-ü hüquqi nəticə alan xidmətlərdir. Söhbət “Doğumun qeydə alınması”, “Nikahın qeydə alınması” və “Avtonəqliyyat vasitələrinin etibarnaməni təqdim edilməsi” xidmətlərindən gedir ki, bu xidmətlər ilkin versiyada artıq təqdim olunub və təkmilləşdirilir.

Portal qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilən məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR