"Nar"ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradılıb®

"Nar"ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradılıb®
# 21 yanvar 2022 13:33 (UTC +04:00)

“Nar”ın dəstəyi ilə “Canli kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər.

Səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin etmək və kitabları hər kəsə daha əlçatan etməkdir. Eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaqdır. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə məhdudiyyətli şəxslərə paylanması nəzərdə tutulur.

Qeyd edək ki, layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101.1 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR