Naxçıvan Ali Məhkəməsinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Ali Məhkəməsinin saytı “gov.az” zonasına köçürülüb
# 22 fevral 2023 14:07 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin elektron informasiya resursu yeni "http://nsupremecourt.gov.az/" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR