Naxçıvan MR Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan MR Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürülüb
# 13 yanvar 2023 14:03 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu yeni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR