Naxçıvanda 2022-ci ildə daşınmaz əmlakın dövlət qeydiyyatı artıb

Naxçıvanda 2022-ci ildə daşınmaz əmlakın dövlət qeydiyyatı artıb
# 30 yanvar 2023 12:35 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin müasir səviyyədə təşkili və tətbiq edilən yeniliklər nəticəsində daşınmaz əmlakın qeydiyyatı sadələşib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2022-ci ildə daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatı üzrə vətəndaşlara keyfiyyətli xidmət göstərilib. 2021-ci illə müqayisədə dövlət reyestrində qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 1 % artıb. Ötən il ərzində Naxçıvan şəhəri üzrə 3205, Şərur rayonu üzrə 1592, Babək rayonu üzrə 1110, Ordubad rayonu üzrə 486, Culfa rayonu üzrə 471, Şahbuz rayonu üzrə 324, Kəngərli rayonu üzrə 269, Sədərək rayonu üzrə 119, ümumilikdə muxtar respublika üzrə 7576 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bunun 2398 ilkin, 5178 təkrar qeydiyyatdır.
Qeydiyyata alınmış daşınmaz əmlak obyektləri bölmələr üzrə 2770 torpaq sahəsi, 1573 mənzil, 2983 fərdi yaşayış evi, 13 bağ evi, 104 qeyri-yaşayış binası, 107 qeyri-yaşayış sahəsi, 26 əmlak kompleksi kimi müəssisə ibarət olub.

Hesabat dövründə daxil olmuş müraciətlər əsasında, 2365 əmlaka dair texniki pasport, 3341 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 5706 texniki sənəd tərtib edilib. Bu da 2021-ci illə müqayisədə 0,2% çoxdur. Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 6225 arayış verilib.

Yanvar-dekabr ayları ərzində 87 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 54 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR