Naxçıvanda telekommunikasiya sistemləri yenilənir

Naxçıvanda telekommunikasiya sistemləri yenilənir
# 18 yanvar 2023 21:43 (UTC +04:00)

Muxtar Respublika sakinlərinin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində və kəndlərdə də telekommunikasiya sistemlərinin qurulması, əhalinin dayanıqlı rabitə və yüksəksürətli internet xidmətlərilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarının internet tutumları tələbata uyğun olaraq artırılır.

Həyata keçirilən tədbirlərin davamı olaraq Culfa rayonunun Bənəniyar, Yaycı, Ərəzin kəndlərində və rayon mərkəzində ümumilikdə 6 ədəd 64 yerlik internet plataları mövcud HUAWEİ NGN tipli avtomat telefon stansiyalarına əlavə edilib. Bunlarla yanaşı, Naxçıvan şəhərinin Qaraxanbəyli, Ordubad rayonunun Aza və Kəngərli rayonunun Qarabağlar kəndlərində də cəmi 3 ədəd internet platası istismarda olan yeni nəsil avtomat telefon stansiyalarına artırılıb. Ümumilikdə, 9 ədəd müxtəlif tutumlu internet plataları artırılıb ki, nəticədə 550-dən artıq istifadəçinin internet ximətlərinə olan tələbatının ödənilməsinə şərait yaradılıb.

Digər bölgələrdə də sakinlərin dayanıqlı rabitə və internet xidmətlərilə təmin olunması üçün mövcud avtomat telefon stansiyalarının şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR