Naxçıvanın daha iki dövlət qurumunun saytı gov.az domeninə köçürülüb

Naxçıvanın daha iki dövlət qurumunun saytı gov.az domeninə köçürülüb
# 27 yanvar 2023 16:30 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin saytları “GOV.AZ” zonasına köçürülüb.

"APA-Economics" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin elektron informasiya resursları yeni "nagro.gov.az" və "ndim.gov.az" domen adları ilə AzStateNet şəbəkəsinə köçürülüb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR