Nazir: "Azərbaycanda dəmir yolunda nəqliyyat infrastrukturunun tam yenilənməsi üzrə işlər aparılır"

Nazir: "Azərbaycanda dəmir yolunda nəqliyyat infrastrukturunun tam yenilənməsi üzrə işlər aparılır"
  • Clock-gray 15:31
  • calendar-gray 13 İyun 2019

Azərbaycanda dəmir yolunda nəqliyyat infrastrukturunun tam yenilənməsi, yeni lokomotiv və vaqonların alınması üzrə işlər aparılır.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən Azərbaycanın Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələr Avropa və MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir.

"Gələcəkdə uçuş istiqamətlərinin artırılması istiqamətində müvafiq tədbirlər görülür. Eyni zamanda qeyd etmək istərdim ki, ölkəmizdə 6 beynəlxalq hava limanı fəaliyyət göstərir və ötən il “Sky Trucks” şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduz statusuna layiq görülüb", - deyə nazir qeyd edib.

Nazir həmçinin əlavə edib ki, Azərbaycan üçün Avropa İttifaqı ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

"Düşünürəm ki, bu ilin fevral ayında Bakıda təşkil olunan Avropa İttifaqı-Azərbaycan yüksək səviyyəli nəqliyyat dialoqu bunun bariz göstəricisidir. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən son zirvə görüşü zamanı Trans-Avropa nəqliyyat şəbəkələrinin Şərq Tərəfdaşlığı ölkələrinə 2030-cu ilədək uzadılması ilə əlaqədar uzunmüddətli investisiya fəaliyyəti planı qəbul olunub. Hesab edirəm ki, bu plan üzrə müəyyən edilən layihələrin həyata keçirilməsi daha geniş iqtisadi imkanlara çıxışa əlverişli şərait yaratmaqla, regionun inkişafına töhfə verəcək", - deyə nazir bildirib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date