Nazir: "BTQ Dəmir Yolu Xəttinin tam istismara verilməsi üçün tikinti işlərinin başa çatdırılması vacibdir"  

Nazir: "BTQ Dəmir Yolu Xəttinin tam istismara verilməsi üçün tikinti işlərinin başa çatdırılması vacibdir"  
# 27 iyun 2022 11:08 (UTC +04:00)

Bakı-Tiflis-Qars (BTQ) Dəmir Yolu Xəttinin tam istismara verilməsi üçün tikinti işlərinin başa çatdırılması vacibdir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Bu, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında bu gün imzalanan Bakı Bəyannaməsində də əksini tapıb.

Bundan əlavə qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıq layihələri vasitəsilə məhdudlaşmayaraq, dəniz nəqliyyatı xidmətlərinin inkişafı və özəl şirkətlərin bacarıqlarının artırılmasının təşviq edilməsi zərurəti, Ro-Ro bərə və qatar bərələrinin, fider və konteyner gəmilərinin sayının artırılması və yükdaşıma qabiliyyətinin artırılması, habelə Xəzər dənizində müntəzəm daşımaların yaradılması zəruridir.

Nazir həmçinin, Şərq və Qərb arasında fiber optik kabel marşrutunun qurulması və Transxəzər Fiber Optik Layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin, eləcə də ölkələr arasında telekommunikasiya peyk xidmətləri sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR