Nazir Cahit Turhan: "Bakı-Tbilisi-Qars dəmir yolu Orta Asiya və Xəzər bölgəsini Türkiyəyə birləşdirən əhəmiyyətli xətdir"

Nazir Cahit Turhan: "Bakı-Tbilisi-Qars dəmir yolu Orta Asiya və Xəzər bölgəsini Türkiyəyə birləşdirən əhəmiyyətli xətdir"
# 09 iyul 2019 17:21 (UTC +04:00)

Türkiyə Yeni İpək Yolunun məntiqi mərkəzi olacaq. Çindən Böyük Britaniyayadək uzanan dəmiryolu layihəsi çərçivəsində 21 mərkəz qurulur. 9-u tamamlanmış mərkəzlərin gələcəkdə gündəlik 2 mlrd. ABŞ dollarlıq mal axını bazası olacaq.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu yerli mediaya açıqlamasında Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan bildirib.

Nazir Asiya və Avropa arasında yenidən canlandırılmağa çalışılan Yeni İpək Yolunun qovşaq nöqtəsində olan Türkiyənin 2 trln. dollarlıq ticarət axınına nəzarət edə bilmək üçün mərkəz işlərini sürətləndirdiyini deyib.

Nazir “Bir Nəsil – Bir Yol Proyekti” çərçivəsində Asiya və Avropa arasında, şərq-qərb yolunda, şimal, cənub və orta dəhliz olmaq üzrə üç əsas dəhliz olduğuna diqqət çəkib: "Orta dəhliz olaraq adlandırılan Çindən başlayaraq Orta Asiya və Xəzər bölgəsini Türkiyə üzərindən Avropaya bağlayacaq xətt, tarixi İpək Yolu"nun davamı olaraq böyük əhəmiyyət kəsb edir. Türkiyənin nəqliyyat siyasətinin təməl oxu Çindən Londona kəsilməz bir nəqliyyat xətti təmin etmək üzrə formalaşır. "Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Çindən və Orta Asiyadan ölkəmizə çatan bütün yolları birləşdirən bir infrastruktur olaraq çox böyük əhəmiyyət kəsb edir".

C. Turhan Yeni İpək Yoluna Şərqi, Mərkəzi və Qərbi Asiya, eləcə də Cənubi və Qərbi Avropanın 60 ölkəsinin daxil olduğunu və ümumilikdə 40 mln. kvadrat kilometr məsafəni qət edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR