Nazir müavini AQEM-in icraçı direktoru ilə görüşüb - FOTO

Nazir müavini AQEM-in icraçı direktoru ilə görüşüb - FOTO
# 06 iyul 2022 17:44 (UTC +04:00)

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.

"APA Economics" xəbər verir ki, görüşdə “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad quruculuğu tədbiri üzrə əlaqələndirici qismində Azərbaycan Respublikasının AQEM-lə əməkdaşlığına dair məsələlər müzakirə olunub.

Eyni zamanda, ölkəmizin nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı və regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR