Nazir müavini: Beynəlxalq daşımalar üçün 16% şirkət buraxılış vəsiqəsi alıb

Nazir müavini: Beynəlxalq daşımalar üçün 16% şirkət buraxılış vəsiqəsi alıb
# 24 fevral 2023 14:20 (UTC +04:00)

Buraxılış vəsiqəsi almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcəklər. Hazırda 218 şirkətdən yalnız 84-nün təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Bu şirkətlərin avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16%-ni təşkil edir.

"APA-Economics" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həyata keçirən daşıyıcılarla görüş zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” 1 il sonra –2023-cü il aprelin 8-də qüvvəyə minəcək. Qaydalara əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən daşıyıcılar işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

Bildirilib ki, buraxılış qaydalarının tətbiqində məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR