Nazir müavini: Qarabağda həyata keçirilən layihələr əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir

Nazir müavini: Qarabağda həyata keçirilən layihələr əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir
# 06 mart 2023 11:47 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Nazir müavini bu layihələr arasında strateji layihələri xüsusilə qeyd edib.

“Füzuli və Zəngilan hava limanı, Əhmədbəyli-Şuşa - Zəfər yolu bu layihələr arasında xüsusi əhəmiyyəti ilə seçilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir”, - deyə nazir müavini vurğulayıb.

İsmayıl Balacanov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR