Nazir müavini: “Türkiyə şirkətləri azad olunan ərazilərin bərpasında iştirak üçün xüsusi maraq göstərirlər”

Nazir müavini: “Türkiyə şirkətləri azad olunan ərazilərin bərpasında iştirak üçün xüsusi maraq göstərirlər”
# 03 oktyabr 2022 11:00 (UTC +04:00)

“Azərbaycanın qeyri-neft sektoruna yatırım edən ölkələr sırasında Türkiye birinci yerdə durur”.

APA xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin rəsmi açılışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 5 minə yaxın türk şirkəti mövcuddur:

“Sevindirici haldır ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirak üçün xüsusi maraq göstərirlər. Onlar bu ərazilərdəki infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR