Nazir müavini: "Zəngəzur dəhlizi regionun nəqliyyat xəritəsini dəyişə bilər"

Nazir müavini: "Zəngəzur dəhlizi regionun nəqliyyat xəritəsini dəyişə bilər"
# 25 noyabr 2022 16:45 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması regionun tranzit potensialının reallaşdırılması baxımından Orta Dəhlizin bir hissəsi kim böyük əhəmiyyət daşıyır.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçı və ekspertlərinin iştirakı ilə keçirilən “Along the Middle Corridor: Geopolitics, Security, and Economy” mövzusunda konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, dəhliz regionun strateji baxımdan nəqliyyat və kommunikasiya xəritəsini dəyişə bilər.

"Çin və Orta Asiya ölkələrindən yüklərin Avropaya danışması üçün Zəngəzur dəhlizi qısa və təhlükəsiz olması ilə yanaşı, eyni zamanda alternativ keçid olaraq nəqliyyat marşrutlarının şaxələndirilməsinə şərait yaradacaq", - deyə R.Hümmətov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR