Nazir Ramin Quluzadə Avstriyanın nümayəndə heyəti ilə görüşüb - FOTO

Nazir Ramin Quluzadə Avstriyanın nümayəndə heyəti ilə görüşüb - FOTO
  • Clock-gray 17:26
  • calendar-gray 10 Oktyabr 2019

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Azərbaycanda səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Econopmics”ə verilən məlumata görə, görüşdə Avstriya Parlamentinin Ətraf Mühit Komitəsinin sədri Yohannes Şmukenşlaqer, Parlamentin Turizm Komitəsinin sədri Qerald Hauzer, Aşağı Palatasının üzvü, Avstriya Xalq Partiyasının Aşağı Avstriya Federal Torpağı üzrə Gənclər Təşkilatının sədri Bernhard Haynrayxberqer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan və Avstriya tərəfindən həmsədrləri və Avstriyanın “TÜV Austria”, “Frequentis”, “Rail Cargo Austria AG”, “Tachograph INTELLIC” şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə iki ölkə arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, eyni zamanda Avstriya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date