Nazir Ramin Quluzadə Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
# 02 oktyabr 2019 17:54 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Zakari Qross arasında görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR