Nazir Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib

Nazir Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib
# 05 iyun 2023 17:43 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, qəbulda ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynov da iştirak ediblər.

Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR