NMR Mərkəzi Seçki Komissiyasının saytı “gov.az” zonasına köçürülüb

NMR Mərkəzi Seçki Komissiyasının saytı “gov.az” zonasına köçürülüb
# 20 fevral 2023 17:44 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının elektron informasiya resursu yeni "nmsk.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR