"Nordavia" Sankt-Peterburq–Bakı aviareysini qış cədvəlinə daxil edib

"Nordavia" Sankt-Peterburq–Bakı aviareysini qış cədvəlinə daxil edib
# 07 oktyabr 2019 15:31 (UTC +04:00)

Rusiyanın "Nordavia" şirkəti Sankt-Peterburq–Bakı aviareysini qış mövsümü (2019-cu ilin oktyabrın 27-dən 2020-ci ilin martın 28-dək) cədvəlinə daxil edib.

"APA-Economics"in aviaşirkətə istinadən verdiyi məlumata görə, "Nordavia"nın sərnişinləri cari ilin iyulun 25-dən etibarən açılan Sankt-Peterburq-Bakı aviareysindən ilk dəfə olaraq qışda da yararlana biləcəklər. Uçuşlar hər həftənin IV və VI günləri yerinə yetiriləcək. Sözügedən marşrut üzrə artıq biletlərin satışına başlanılıb.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR