Novak: "Şimal-Cənub" Dəhlizi Rusiya-Azərbaycan-İran əməkdaşlığında mühümdür" - YENİLƏNİB

Novak: "Şimal-Cənub" Dəhlizi Rusiya-Azərbaycan-İran əməkdaşlığında mühümdür" - YENİLƏNİB
# 09 sentyabr 2022 13:02 (UTC +04:00)

Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması Rusiya, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın çox mühüm sahəsidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmalar üçün logistika xidmətinin yaradılması imkanlarının nəzərdən keçirilməsi təklif edilir.

“Moskva “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında Bakı və Tehranla səmərəli əməkdaşlığa hazırdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması malların Rusiyadan İran limanlarına maneəsiz daşınmasını təmin edəcək”, - Novak vurğulayıb.

O bildirib ki, Rusiya Federasiyası, İran və Azərbaycanın gömrük idarələri arasında “sadələşdirilmiş gömrük dəhlizi” layihəsi üzrə əməkdaşlığın davam etdirilməsini vacib hesab edir.

Novakın sözlərinə görə, Rusiya artıq beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün infrastrukturun yaradılması üzrə tədbirlərin siyahısını hazırlayıb: “Moskva beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün normativ bazanın doldurulması üçün təkliflər hazırlayıb. İki-üç ay ərzində beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsi çərçivəsində, o maliyyə mənbələri ilə bağlı konkret təkliflər hazırlanmalıdır”.

***

12:34

"Şimal-Cənub" Nəqliyyat Dəhlizi Rusiya, Azərbaycan və İranın üçtərəfli əməkdaşlıq siyasətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

"APA-Economics" xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişafı ila bağlı keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, dəhlizin nəqliyyat və logistika imkanlarının tamformatlı istifadəsi ölkələr üçün ticari-iqtisadi imkanlar açacaq.

Aleksandr Novak onu da qeyd edib ki, 2-3 ay ərzində dəhlizin inkişafı çərçivəsində "dar" məqamların həllinə dair təkliflər hazırlanmalıdır.

Bununla yanaşı, baş nazirin müavinin sözlərinə görə, maliyyələşdirmə, idarəetmə və operatorluq, maliyyə mənbələri məsələləri də həll olunmalıdır. Bunlar hamısı tamformatlı dövlətlər arası razılaşmanın əldə olunması istiqamətində vacibdir.

Fərid Əkbərov

Emil İsmayılov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR