Oğuz sakinləri “Azəriqaz” rəhbərliyinə suallarını ünvanlayıblar

Oğuz sakinləri “Azəriqaz” rəhbərliyinə suallarını ünvanlayıblar
# 07 iyul 2022 17:20 (UTC +04:00)

Bu gün sayca 103-cü “Azəriqaz” İstehsalat Birliyinin təşkil etdiyi “Açıq mikrofon” aksiyası Oğuz rayonunda baş tutub.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, digər bölgələrdə olduğu kimi Oğuz rayonunda da böyük marağa səbəb olan aksiya vasitəsi ilə vətəndaşlar müraciətlərini “Azəriqaz” rəhbərliyinə ünvanlayıblar. Onları maraqlandıran suallara elə yerindəcə cavab tapan vətəndaşlar keçirilən aksiyadan məmnunluqlarını bildiriblər. Görüşdə səsləndirilən bütün təkliflər, iradlar və problemlər “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb.

Qeydə alınan bütün müraciətlər isə öz növbəsində Birlik rəhbərliyinin tapşırığına uyğun olaraq müvafiq tabeli təşkilatlar tərəfindən icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR