Oktyabrda Norilsk-Ufa-Bakı aviareysi açılacaq

Oktyabrda Norilsk-Ufa-Bakı aviareysi açılacaq
# 06 sentyabr 2019 13:52 (UTC +04:00)

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı aviareysi üzrə biletlərin satışına start verib.

APA-Economics”in aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən marşrut üzrə uçuşlar oktyabr ayının 27-dən etibarən başlayacaq. Norilskdən Ufaya uçuşlar hər həftənin V günləri yerli vaxtla 11:30-da, əks istiqamətdə isə həftənin VI günləri saat 01:10-da yerinə yetiriləcək. Sözügedən aviareysin sərnişinləri həftənin V günləri Ufadan Bakıya uça biləcək. Uçuşlar “Boeing 737-800” təyyarəsi ilə yerli vaxtla 15:30-da, əks istiqamətdə isə 19:00-da həyata keçiriləcək. Bakıdan Ufaya uçuş 3 saat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR