"Azercell": Azərbaycan əhalisini 4G şəbəkəsilə tam əhatə etməsinə 200 mln. manat vəsait tələb olunur

"Azercell": Azərbaycan əhalisini 4G şəbəkəsilə tam əhatə etməsinə 200 mln. manat vəsait tələb olunur
# 24 iyun 2019 11:09 (UTC +04:00)

Azərbaycanda ölkə əhalisini 4G şəbəkəsi ilə tam əhatə etməsinə 200 milyon manat vəsait tələb olunur. Bunu "APA-Economics"ə "Azercell" şirkətinin istehlakçı biznes strukturunun rəhbəri Krasimir Genov deyib.

Onun sözlərinə görə, hazırda şirkət tərəfindən bu şəbəkənin genişləndirilməsində böyük investisiyalar yatırılır.

"Əsas məqsədimiz 4G şəbəkəsi ilə ölkə əhalinin 99,9%-ni əhatə etməkdir. Burada vacib məqam həmçinin ondan ibarətdir ki, 4G və 5G arasında balanslaşdırmaq gərəkdir. Bu olduqca maraqlı mövzudur. Məsələn ucqar rayonlarda yaşayan sakinlərə 4G daha çox lazımdır, nəinki mərkəzlərdə yaşayan sakinlərə 5G", - deyə K. Genov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR