Ölkədə avtobus istifadəçilərinin sayı kəskin artıb, taksiyə minənlər azalıb

Ölkədə avtobus istifadəçilərinin sayı kəskin artıb, taksiyə minənlər azalıb
# 23 iyun 2022 15:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla 510 905,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 25,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə minik taksilərindən 29 471,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 21,4% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda avtobuslarla 1 032 999,8 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 2,1% azdır. Minik taksilərindən isə 86 944 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 93,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR