Ölkədə ötən il enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Ölkədə ötən il enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
# 19 yanvar 2023 12:05 (UTC +04:00)

Otən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur.

Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR