Orta Dəhliz çərçivəsində tarif dərəcələri müzakirə olunub

Orta Dəhliz çərçivəsində tarif dərəcələri müzakirə olunub
# 08 fevral 2023 13:13 (UTC +04:00)

Qazaxıstanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) Ümumi yığıncağı və TBNM-in inkişafına dair İşçi qrupunun iclası keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən “APA-Economics”ə verilən məlumata görə, toplantının ilk günü Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsi yad olunub, yaralılara şəfa dilənib.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rumıniyanın əlaqədar qurumlarının iştirakı ilə baş tutan iki günlük toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) qurumun sədr müavini Zaur Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

TBNM-in inkişafına dair İşçi qrupunun iclasında Ümumi yığıncaq zamanı müzakirə olunacaq bəzi məsələlərin gündəliyi təsdiqlənib.

Ümumi yığıncaqda TBNM BA HŞB-nin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, 2023-cü il üzrə təsdiqənmiş tarif dərəcələri, eyni zamanda bu il üçün yükdaşıma planı, yeni assosiativ üzvlərin qəbulu məsələləri müzakirə olunub.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz – red.) potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR