Ötən il Azərbaycan əhalisi mobil rabitəyə 1 milyard manatdan çox vəsait xərcləyib

Ötən il Azərbaycan əhalisi mobil rabitəyə 1 milyard manatdan çox vəsait xərcləyib
# 18 yanvar 2023 17:17 (UTC +04:00)

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14,8% artaraq 2742,8 mln. manat təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 73,5%-i əhaliyə göstərilib.

Xidmətlərdən əldə edilən gəlirin 38,0%-i və ya 1042,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR