Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib

Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib
# 09 fevral 2023 11:20 (UTC +04:00)

Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib və bundan gələn gəlir 115,4 milyon manat olub.

"APA-Economics" xəbər verir ki, bunu 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, bu 2021-ci illə müqayisədə 2,4% və ya 2,7 milyon manat çox olub.

"Eyni zamanda, 3 dövlət müəssisəsi özəlləşdirilib, 30 milyon manat investisiya qoyuluşu planlaşdırılıb.
Azərbaycan Sənaye Korpasiyanın 6 müəssisəsinin özəlləşməsi başa çatıb, 7 müəssisənin özəlləşdirilməsi prosesi davam edir"- deyə Mətin Eynullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR