Ötən il “Azəriqaz” abonentlərinin 15%-i maksimal qaz istifadəsi limitini keçib

Ötən il “Azəriqaz” abonentlərinin 15%-i maksimal qaz istifadəsi limitini keçib
# 19 yanvar 2023 11:18 (UTC +04:00)

Ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 43,5%-i aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.

"APA-Economics" xəbər verir ki, bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 41,5% abonent keçib.

“Cəmi 15% abonentimiz isə 2 500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib”, - Rövşən Məhyəddinov qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR