Ötən il Gürcüstan Azərbaycana 308 mln. dollarlıq 30 452 avtomobil ixrac edib

Ötən il Gürcüstan Azərbaycana 308 mln. dollarlıq 30 452 avtomobil ixrac edib
# 20 yanvar 2023 12:14 (UTC +04:00)

2022-ci ildə Gürcüstan Azərbaycana 308 milyon ABŞ dolları dəyərində 30 452 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən tədim etdiyi illik hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 8 490 ədəd və ya 21,8% azalıb, lakin dəyəri 60 milyon dollar və ya 24,1% artıb. 2021-ci ildə Gürcüstan Azərbaycana 248,4 milyon dollar dəyərində 38 942 ədəd avtomobil ixrac edib.

Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 98% artaraq 903,8 milyon dollara çatıb. Bu, ölkənin ümumi ixracının 16,2%-ni təşkil edib.
Avtomobil ixracı ötən il Gürcüstanın mis filizi və konsentratları ixracından (1 milyard 24 milyon dollar) sonra ikinci əsas ixrac istiqaməti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR