Ötən il ölkədə dəmir yolu ilə sərnişin daşımaları 81%-dən çox artıb

Ötən il ölkədə dəmir yolu ilə sərnişin daşımaları 81%-dən çox artıb
# 18 yanvar 2023 18:45 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ildə 18,7 mln. ton yük, 5 136,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 24,3%, sərnişin daşınmasında isə 81,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada 337 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,0 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR