Ötən il yataqların istismarı ilə bağlı 131 iş hüquq-mühafizə orqanlarına göndərilib

Ötən il yataqların istismarı ilə bağlı 131 iş hüquq-mühafizə orqanlarına göndərilib
# 17 yanvar 2023 11:28 (UTC +04:00)

"2022-ci ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsinə baxış keçirilib".

APA xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə Agentliyin fəaliyyəti dövründə 800-ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb.

"Ötən il ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılması, həmçinin hüquqi qiymətin verilməsi məqsədilə 131 iş hüquq-mühafizə orqanlarına göndərilib", - deyə sədr müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR