Overçuk: “Xanoba” keçid məntəqəsi Şimal-Cənub dəhlizinin ən vacib elementidir

Aleksey Overçuk

© APA | Aleksey Overçuk

# 17 mart 2023 14:45 (UTC +04:00)

“Xanoba” gömrük keçid məntəqəsi Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən vacib elementidir.

APA xəbər verir ki, bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhəd buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Mən çox şadam ki, Azərbaycan-Rusiya sərhədində müasir tələblərə cavab verən, rahat bir keçid məntəqəsi insanların istifadəsinə verilib”, – Overçuk qeyd edib.

“Bu keçid məntəqəsi Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən vacib elementidir, hansı ki biz Azərbaycanla birlikdə yenidən qurmuşuq və bu dəhliz Pakistandan, Hindistandan gələn yüklərin İrandan, Azərbaycandan keçməklə Rusiyaya effektiv, fasiləsiz getməsinə xidmət edəcək.

Bu dəhliz 21-ci əsrin ən vacib nəqliyyat magistralı olacaq və bu gün dəhlizin ilk vacib elementi istifadəyə verilib”, – Overçuk vurğulayıb.

Hacı Cavadov

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR