Özbəkistan 2020-ci ildə BTQ ilə daşımalara başlamaq niyyətindədir

Özbəkistan 2020-ci ildə BTQ ilə daşımalara başlamaq niyyətindədir
# 05 noyabr 2019 15:15 (UTC +04:00)

Özbəkistan Nəqliyyat Nazirliyi 2020-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda pilot tranzit daşınmalarına başlamaq niyyətindədir.

"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbərliyi və "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini İqbal Hüseynov Daşkənddə Gürcüstan və Türkiyənin dəniz limanlarına çıxışı ilə 2020-ci ilin əvvəlində BTQ dəmir yolu marşrutu boyunca pilot tranzit daşımalarının başlamasına məqsədilə birgə işlərin sürətləndirilməsinə dair razılığa gəliblər.

Bundan əlavə, Daşkənddə iki ölkənin tranzit potensialının inkişaf perspektivləri və Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan marşrutu boyunca multimodal nəqliyyatın təşkili məsələləri də müzakirə olunub.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC səmərəli tranzit potensialı realizasiyası üçün dekabr ayında komitə yaradılması və bununla bağlı iclasının keçirilməsini təklif etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR