Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə etməkdə maraqlıdır

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan fəal istifadə etməkdə maraqlıdır
# 17 oktyabr 2019 12:46 (UTC +04:00)

Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

APA-Economics”in “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi məlumata görə, bunu “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Xusnutdin Xasilov Minskdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanovla görüşü zamanı deyib.

Görüş zamanı C. Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

X. Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, görüş Minskdə keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR