Pirallahıda 3 küçə təmir olunub - FOTO - VİDEO

Pirallahıda 3 küçə təmir olunub - FOTO  - VİDEO
# 06 may 2022 17:46 (UTC +04:00)

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 4.6 km olan üç küçə təmir olunub.

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, təmir işləri rayonun Kamil Rzayev (2.26 km), Yavər Əliyev (1.76 km) küçələri və 39-cu məhəllənin yollarında aparılıb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27,600 kv.m təşkil edib.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

© APA | Pirallahı rayonunda 3 küçə təmir olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR