PR və kommunikasiya üzrə təlim keçirilib

PR və kommunikasiya üzrə təlim keçirilib
# 03 may 2022 11:06 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər üçün “PR və kommunikasiya bacarıqları” mövzusunda təlim keçirilib. “Gənclər təşkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində keçirilən təlim RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayevanın təqdimatında baş tutub.

APA xəbər verir ki, təlim çərçivəsində iştirakçılar uğurlu kommunikasiya bacarıqları, informasiyanın emalı və yayımı, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR kampaniyalarının keçirilməsi, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər.

Təlim çərçivəsində, həmçinin, iştirakçılarla geniş müzakirələr aparılıb, müasir media trendlərindən söhbət açılıb. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR